![](/templates/Wmediat51/images/vetendash.jpg)
Xəbər lenti
Bu gün, 15:06
Bu gün, 14:45
Bu gün, 09:14
Dünən, 23:00
Dünən, 17:07
Dünən, 13:48
Dünən, 10:59
11-02-2025, 23:32
11-02-2025, 22:23
11-02-2025, 21:39
![](/uploads/posts/2021-11/1637401101_1637399361_unnamed.jpg)
Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci il tarixdə Eldar Həsənovun işi ilə bağlı Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən üçüncü müvəqqəti tədbir haqqında qərar qəbul edib.
Senzor.az bildirir ki, bu barədə onun vəkili Cavad Cavadov "Facebook"dakı statusunda məlumat verib.
Vəkilin sözlərinə görə, qərarda Məhkəmə Azərbaycan hökümətindən:
“Eldar Həsənovun bütün zəruri adekvat, yüksək ixtisaslı, o cümlədən stasionar qaydada, tibbi yardım göstərillməsi ilə bağlı tədbirlərin görülməsinin təmin edilməsini; Eldar Həsənov həbsdə qaldığı təqdirdə ona göstərilən tibbi yardımla və sağlıq durumu ilə bağlı mütəmadi olaraq Məhkəməni məlumatlandırmağı tələb edib.
Davam edən yerli məhkəmə prosesində isə müdafiə tərəfinin heç bir vəsatəti təmin edilmir, ittihamlar isə dağılır”.
Qeyd eək ki, Eldar Həsənov dünənki məhkəmə iclasında səhhətinin tez-tez pisləşdiyini bildirib. O, prosesin tezliklə yekunlaşmasını istəyib.
Daha sonra ittihamlara münasibət bildirən E.Həsənov özünü təqsirli bilmədiyini söyləyib.
![](/uploads/posts/2021-11/1637401073_1637400113_1637400030089.png)
Proses noyabrın 22-də davam etdiriləcək.
Xatırladaq ki, aparılan istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə, E.Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, E.Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər