Xəbər lenti


“Birləşmiş Millətlər Təşkilatının (BMT) UNCOPA adlı qurumu və ya agentliyi yoxdur. Azərbaycan vətəndaşlarına müxtəlif adda mükafatlar verən bu təşkilatın Cenevrədə yerləşdiyi yazılır. Lakin internetdən onun statusu (QHT? Özəl şirkət?) və digər fəaliyyətləri haqqında məlumat tapa bilmədim. Təşkilatın vebsaytı belə yoxdur”.  
 
Senzor.az bildirir ki, bunları BMT-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Rəşad Hüseynov bir neçə gün əvvəl öz “Facebook” səhifəsində yazıb.





Onun sözlərinə görə, təşkilatın verdiyi mükafatların BMT ilə heç bir əlaqəsi yoxdur: “Əlbəttə, bir təşkilat istədiyi adama və ya quruma mükafat verə bilər. Sadəcə bilməyinizi istəyirəm ki, UNCOPA-nın verdiyi mükafatların BMT ilə yaxından-uzaqdan əlaqəsi yoxdur”.
 
“Təəssüf ki, bu hal birinci dəfə baş vermir. Bundan öncə də UNCOPA-dan mükafat almış bəzi dövlət, elm və mədəniyyət təmsilçiləri bunu BMT-nin verdiyini bəyan edib”, - deyə vurğulayan 
BMT nümayəndəsi misal olaraq Milli Məclisin deputatı Eldar Quliyevi, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadəni, aktrisa Suğra Bağırzadəni və iş adamı Ruhi Əliyevanı göstərib.
 
Rəşad Hüseynovun sözlərinə görə, yuxarıdakı şəxslər UNCOPA mükafatını BMT-nin Dövlət Xidmətləri Mükafatı ilə səhv sala bilərlər. Amma Azərbaycanda bu mükafata yalnız ASAN Xidmət layiq görülüb.






Ana səhifəyə qayıt        Baxış: 6 108          Tarix: 27-01-2022, 07:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma