Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Böyük Britaniya Estoniyadakı hərbi kontingentinin sayını iki dəfə artırmaq və Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar bölgəyə müdafiə silahları ötürmək imkanlarını nəzərdən keçirir.
Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın Baş nazirinin mətbuat xidməti bu barədə məlumat yayıb.
"Baş nazir NATO-nun bütün mümkün yardımını nəzərdən keçirir və müttəfiqlərini qorumaq üçün Böyük Britaniya ordusunu gücləndirməyə çalışır. O, Böyük Britaniya qoşunlarının sayını iki dəfə artırmağı və Estoniyaya müdafiə silahları göndərməyi düşünür”, - deyə bildirilən açıqlamada Londonun NATO müttəfiqlərinə özünümüdafiə üçün təyyarələr, döyüş gəmiləri və hərbi mütəxəssislər göndərə biləcəyi vurğulanır.
Qeyd olunur ki, Britaniya nümayəndələri gələn həftə Brüsseldə NATO nümayəndələri ilə təklifin yekun detallarını razılaşdıracaq və hərbi variantları müzakirə edəcəklər.
"Bu addımlarla Kremlə aydın mesaj veriləcək ki, biz sabitliyi pozan əməllərə dözməyəcəyik və Rusiyanın düşmənçilik fəaliyyəti qarşısında həmişə NATO müttəfiqlərimizin yanında olacağıq. Mən gələn həftə Avropaya heyət və texnikanın köçürülməsinə hazırlaşmağı tapşırdım. Biz NATO müttəfiqlərimizi quruda, dənizdə və havada dəstəkləyə bilək”, - Baş nazir Boris Conson rəsmi açıqlamasında bildirib.
Prezz-relizdə vurğulanır ki, Böyük Britaniya kontingentinin mümkün yerdəyişməsi NATO-nun imkanlarını və Skandinaviya ilə Baltikyanı tərəfdaşlara dəstəyini gücləndirəcək. Bundan əlavə, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles gələn həftə Macarıstan, Sloveniya və Xorvatiyaya səfər edəcək.
Qeyd edək ki, hazırda Estoniyada 900, Ukraynada 100, Polşada isə təxminən 150 Böyük Britaniya hərbçisi yerləşdirilib.
Bundan əlavə, Böyük Britaniya Müdafiə Nazirliyinin 2015-ci ildə Ukraynada fəaliyyətə başlayan Orbital təlim missiyası çərçivəsində 22 minə yaxın ukraynalı əsgər hazırlanıb, yanvar ayında Ukraynaya əlavə yeni hərbi təlimatçı və 2 min raket göndərilib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar