Xəbər lenti


Zaporojye AES-in rus ordusu tərəfindən ələ keçirilməsindən sonra yaranan nüvə təhlükəsi hələ də sovuşmayıb.

Ovqat.com
xəbər verir ki, bu iddianı Ukraynalı ekspertlər irəli sürürlər.

Eskpertlərin fikrincə, ən ciddi təhlükə Çeçenistan lideri Kadırova bağlı hərbi qüvvələrin AES-i ələ keçirməsindən sonra stansiyadakı mütəxəssisləri vəzifələrindən uzaqlaşdırıb, onların fəaliyyətini özləri yerinə yetirməsindən qaynaqlanır. Ukraynanın hərbi portalı Defence-ua.com yazır: «Ələ keçirilən stansiya Avropada ən böyük, dünyada isə üçüncü stansiyadır. Hazırda təhlükəsiz rejimdədir, lakin düşmənin qeyri-adekvat və gözlənilməz hərəkətlərini nəzərə alsaq, nüvə fəlakətinin riskləri yüksəkdir. Xüsusilə də ona görə ki, Putin Kadırovun “mütəxəssislərini” AES-nin əsas “atomistləri” təyin edib.

Nəşrin iddiasına görə, reaktorlara, işlənmiş yanacaq anbarlarına və ya stansiyanın mühüm həyati təminat sistemlərinə istənilən ziyan fəlakətə gətirib çıxara bilər: «Nəticədə radiasiya emissiyaları Çernobıl və Fukusima fəlakətlərinin nəticələrindən çox olacaq. Və radiasiya ilə çirklənmənin kritik səviyyələri təkcə Ukraynanı deyil, Avropanı da əhatə edəcək. Bu, Zaporoje AES-dən çox kiçik olan Çernobıl faciəsi zamanı da belə olmuşdu».



Kadırovun «mütəxəssislər»inin təkcə Zaporoje AES-i  ilə kifayətlənməyi planlaşdırmadığını yazan Defence-ua.com bildirir ki, terrorçuların növbəti hədəfi Cənubi Ukrayna Atom Elektrik Stansiyası ola bilər. Hazırda stansiyadan 30 km aralıda yerləşən Voznesensk yaxınlığında şiddətli döyüşlər getməsi də buna dəlalət edir.

«Avropa və ABŞ üçün kritik risk səviyyəsi onları AES-lərimizin mühafizəsi ilə bağlı Ukraynaya dərhal kömək edilməlidir. Ən yaxşı addım bütün ölkənin səmasını bağlamaqdır. Rusiya işğalının ilk günlərindən prezident Zelenski də dünyanı bu addımı atmağa çağırıb. Mən inanmaq istəyirəm ki, nüvə terrorizminin aşkar və təkzibedilməz faktları, məsələn, nüvə reaktorlarının tanklardan atəşə tutulması tərəfdaşlarımızı güclü qərarların qəbuluna sövq edəcək», - müəllif vurğulayır.

Müəllifin fikrincə, düşmən bütün dünyada “çaxnaşma yaratmaq” taktikasını seçib: «Onlar kritik infrastrukturu əhəmiyyətli dərəcədə zədələyir və bir neçə saat, yaxud gün ərzində təmir və bərpa qruplarına girişi əngəlləyirlər. Bu yolla və gələcəkdə digər obyektləri öz nəzarətləri altına almaqla gərginliyi böyüdürlər.

Təhlükəsizliyin əsas şərti soyutma sisteminin düzgün işləməsidir. Əgər onlar zədələnibsə, reaktorun zədələnməsi və əhəmiyyətli radiasiya emissiyası ilə (Fukusimadakından çox) nəzarətsiz reaksiya riski var. Eyni təhlükə reaktorun kritik sahəsi və ya işləyən yanacaq anbarı birbaşa zərbəyə məruz qalarsa baş verəcəkdir». 




Ana səhifəyə qayıt        Baxış: 5 993          Tarix: 6-03-2022, 06:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma