Xəbər lenti
 
 
Məlum olduğu kimi, Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə ABŞ və NATO-ni Ukrayna hava sahəsini bağlamağa çağırsa da, rədd cavabı alıb. Pentaqonun bu gün yaydığı məlumatdan isə belə çıxır ki, Ukraynanın hava sahəsi kənar müdaxiləyə ehtiyac olmadan bağlanmış kimidir. Bunun isə çox sadə səbəbi var: rus pilotları qorxularından Ukrayna hava sahəsinə girə bilmirlər.
 
Ovqat.com xəbər ki, Pentaqona istinadən “DefenseOne” nəşrinin yaydığı məlumatdan belə anlaşılır.
 
Məlumata görə, Rusiya hərbi təyyarələri vurulma təhlükəsi səbəbindən Ukraynanı onun hava məkanına girmədən bombalamağa çalışır.
 
Pentaqonun adı çəkilməyən yetkilisi mediaya verdiyi açıqlamada onu da gizlətməyib ki, Rusiya hərbi hava qüvvələri Ukraynadan daha aktivdir və təxminən 20 dəfə çox döyüş tapşırıqlarını yerinə yetirib: “Təxminən 56 döyüş təyyarəsi olan Ukrayna Hərbi Hava Qüvvələri gündəlik 5-10 uçuş həyata keçirdiyi halda Rusiyanın gündə təxminən 200-ə qədər Ukraynaya hücumları qeydə alınıb”.
 
Bu qeyri bərabərliyin səbəbinə gəlincə:
 
“Hər iki tərəfin Ukrayna üzərində hava qüvvələrindən təmkinli istifadəsinin bir neçə səbəbi var”, - Pentaqon təmsilçisi bildirib: “Tərəflər düşmənin hava hücumundan müdafiə sistemlərindən istifadəsi risklərini nəzərə alırlar”.


 
Ukrayna hərbçilərinin döyüş imkanlarını şərh edən Pentaqon sözçüsü deyib ki, onlar öz hava hücumundan müdafiə silahlarını hərəkətə gətiriblər: “Bu silahlar çox çevikdirlər və öz effektivliklərini sübut ediblər. Mən təkcə mobil buraxılış qurğularından danışmıram. Mən həmçinin çiyindən atılan MANPADS-ləri nəzərdə tuturam ki, bu raket kompleksləri rus pilotlarını ehtiyatlı olmağa vadar edir”.
 
Xatırladaq ki, cümə günü Ukrayna Müdafiə Nazirliyi ümumilikdə Rusiyanın 57 təyyarəsini və 7 dronunun vurulduğunu bəyan etmişdi. 
 
Bəs, bu rəqəmlər nə dərəcədə həqiqətə uyğundur?
 
Pentaqon yetkililərinin fikrincə isə ki, iddia müstəqil qaynaqlar tərəfindən hələ təsdiqlənməyib. Bununla belə, ukraynalılar xüsusilə Rusiya konvoylarına hücum etmək üçün pilotsuz təyyarələrə arxalanırlar. “Onlar dronlardan səmərəli istifadə edə bilirlər”, - deyə Pentaqon rəsmisi bildirib.
 
Pentaqon cümə axşamı həmçinin bəyan edib ki, Birləşmiş Ştatlar özünün qabaqcıl Patriot hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərməyəcək. Bunun yerinə, ABŞ və NATO-ya üzv dövlətlər əlavə alternativ sistemlərə əhəmiyyət veriləcək: “Məsələn, Rusiyanın S-300 hava hücumundan müdafiə sistemlərinə. Çünki Ukrayna qoşunları onlarla işləməyi daha yaxşı bacarırlar”.
 


Ana səhifəyə qayıt        Baxış: 7 012          Tarix: 12-03-2022, 16:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma