
Xəbər lenti
Dünən, 23:10
Dünən, 21:25
Dünən, 19:15
Dünən, 17:31
Dünən, 13:13
22-02-2025, 23:55
22-02-2025, 22:44
22-02-2025, 21:18
22-02-2025, 20:58
22-02-2025, 19:37
22-02-2025, 18:46
22-02-2025, 18:19
22-02-2025, 17:18
22-02-2025, 15:27
22-02-2025, 14:36

“Vaşinqton həm Çində, həm də onun hüdudlarından kənarda, o cümlədən ABŞ-da dini və etnik azlıqlara qarşı hüquq pozuntularında və repressiyalarda əli olduğuna inandığı Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edir”.
Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sədri Antoni Blinken yaydığı yazılı açıqlamada bildirib. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda həmçinin deyilir:
“Bugünkü tədbirlər dindarların və mənəvi təcrübələrin ardıcıllarının, etnik azlıqların, dissidentlərin, hüquq müdafiəçilərinin, jurnalistlərin, həmkarlar ittifaqlarının üzvlərinin, vətəndaş cəmiyyəti liderlərinin sıxışdırılmasına yönəlmiş siyasət və hərəkətlərdə iştirak etdiyi yaxud məsuliyyət daşıdığı güman edilən Çin rəsmilərinə viza məhdudiyyətləri qoyur. Çində və onun hüdudlarından kənarda dinc etirazçılara yönəlmiş bu siyasətin qarşısını almaq Vaşinqtonun məqsədlərindən biridir”.
Dövlət Departamentinin rəhbəri ABŞ-ın “diplomatik və iqtisadi tədbirlərdən istifadə etməklə” davam etməyə hazır olduğunu vurğulayıb.
Blinken Pekini xüsusilə uyğur fəallarını təqib etməkdə günahlandıraraq, Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki siyasətini “soyqırım və insanlığa qarşı cinayət” adlandırıb. Bundan əlavə, Dövlət Departamentinin rəhbəri Honq-Konqda ÇXR hakimiyyət orqanları tərəfindən fundamental azadlıqların pozulmasını və Tibetdə yaşanan repressiyaları qınayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər