Xəbər lenti

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb. Bu barədə UNİAN-a məlumat verib.

Məlumatda bildirilir ki, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.

Bildirilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib.

Əldə edilən kəşfiyyat məlumatlarına görə, qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.

Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.

Qeyd edək ki, Zelenskiyə qarşı bundan əvvəl də sui-qəsd cəhdləri olub. Ukrayna kəşfiyyatının məlumatına görə, uğursuz sui-qəsd cəhdlərindən sonra Putin Zelenski də daxil olmaqla 3 nəfərn öldürülməsinə şəxsən göstəriş verdiyini açıqlayıb.
Hətta sui-qəsdi həyata keçirəcək “Vaqner” qrupunun Ukraynaya soxulduğu da bildirilib. 

Onu da qeyd edək ki, Putin Zelenskini devirməklə, ya da öldürməklə Ukrayna rəhbərliyinə başqa şəxsi  gətirmək istədiyini gizlətmir. Ukrayna lideri Zelenski də bu iddiaları təsdiqləyərək, “Mən düşmənin bir nömrəli hədəfiyəm, ailəm isə ikinci hədəfdir”, deyib. 
Ukrayna kəşfiyyatı "Vaqner" qrupunun sui-qəsdçilərinin də məhz Zelenski və onun rəhbərlik komandasını öldürmək üçün Ukraynaya soxulduğunu açıqlayıb.

"AzPolitika.info"







Ana səhifəyə qayıt        Baxış: 3 288          Tarix: 22-03-2022, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma