Xəbər lenti

Bu yaxınlarda Ukraynada müharibədə kadırovçuların komandiri məhv edildi. Amma buna baxmayaraq, onlar özlərinin hərbi «uğurların» ilə öyünürlər. Ona görə də Ukrayna Silahlı qüvvələrinin polkovniki, bloger Anatoli Ştefan («Ştirlits») «Obozrevatel»ə müsahibəsində kadırovçuların Ukraynadakı uğurlarının nə qədər gerçək olduğunu qiymətləndirib.

«Mən deyə bilərəm ki, kadırovçular döyüşçü deyillər. Onlar yalnız videolar çəkirlər. Onlar ordunun qabağınca getmirlər - onlar həmişə könüllülərin bölmələrinin və nizami ordu bölmələrinin arxasınca hərəkət edirlər» - o, qeyd edib.

Polkovnikin sözlərinə görə, kadırovçular Kiyev ətrafında ərazi müdafiəçilərindən yaxşı zərbə alıblar. Onlar isə paytaxtı ələ keçirməyi planlaşdırmışdılar.

«Artıq indinin özündə digər istiqamətlərdə də onlar ikinci, üçüncü xəttdə gedirlər» - Ştefan əlavə edib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 901          Tarix: 14-06-2022, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma