Xəbər lenti

Qazaxıstanın Rusiya ilə sərhədyanı bölgələrində daşınmaz əmlakın kirayə qiyməti 15-34 faiz arasında artıb.

“Report” xəbər verir ki, məlumatı daşınmaz əmlak üzrə ixtisaslaşan Qazaxıstanın “Krışa” saytı yayıb.

Bildirilib ki, Qazaxıstanın Uralsk, Aktobe, Kostanay, Petropavlovsk, Pavlodar şəhərlərində kirayə evlərə tələbat daha çoxdur. Aktobe və Uralskda sentyabrın 19-25-də kirayə haqları bir həftə əvvəl müqayisədə orta hesabla 34 faiz, Kostanayda 25 faiz, Pavlodarda 19 faiz, Petropavlovskda isə təxminən 15 faiz artıb.

Bir müddət əvvəl Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Taçara Duysenova bu ilin əvvəlində Rusiyadan Qazaxıstana 262 min nəfərin səfər etdiyini bildirib. Onların 6 518 nəfəri səfərin məqsədinin məşğulluqla bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibəyə qismən səfərbərlik elan etdikdən sonra viza ləğv olunmayan ölkələrə federasiyadan axın artıb.




Ana səhifəyə qayıt        Baxış: 3 200          Tarix: 27-09-2022, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma