Xəbər lenti

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında Azərbaycanda avtomobil qəzasında xəsarət alan Ədalət və İnkişaf Partiyasının üzvləri ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, o, partiyadaşlarına xoş arzularını çatdırıb.

“Azərbaycana səfərimiz zamanı yol qəzası keçirən Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırıma, millət vəkilimiz Şamil Ayrıma və polis rəisimiz Oğuzhan Dəmirciyə ən xoş arzularımı çatdırıram. Şükür ki, yaxşıdırlar. Allah sizi qorusun”, - Çavuşoğlu sosial şəbəkə hesabında yazıb.




Ana səhifəyə qayıt        Baxış: 3 379          Tarix: 21-10-2022, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma