Xəbər lenti

Rusiya illik büdcəsinin dörddə birini müharibəyə xərcləyib. Rəsmi Kiyev bildirir ki, Rusiya tanklarının yarısı məhv edilib və Moskvanın güllə, raket, sursat ehtiyatları sürətlə tükənir.

Musavat.com-un xəbərinə görə, Britaniya hökumətinin yüksək vəzifəli məmuru The Times-a bildirib ki, Rusiyanın iqtisadi və hərbi gücünü bərpa etməsi 20-30 il çəkə bilər.

Bu yaxınlarda Vaşinqtona səfər edən Ukrayna prezidenti Vlodomir Zelenski ABŞ-dan hava hücumundan müdafiə sistemi və maliyyə yardımı alaraq ölkəsinə qayıdıb. Lakin o, ABŞ prezidenti Co Baydendən hücum raketləri ilə bağlı istədiyini ala bilməyib. Çünki NATO və Baydenin Rusiya ərazisinə hücum üçün bu sistemləri Ukraynaya tədarük etməsi böyük nəticələrə səbəb olan münaqişələrə gətirib çıxara bilər.

Ukrayna silahlı qüvvələri Putinin fevralda Kiyev istiqamətində hücuma keçəcəyi qənaətindədir. Putin bu həftənin əvvəlində Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşmək üçün Minskə gedib. Rusiyanın Kiyevə yeni hücumunda Belarus üzərindən əməliyyat keçirəcəyi ilə bağlı narahatlıqlar var.

"Bizim müşahidələrimiz ondan ibarətdir ki, rus qoşunlarının və Belarusdakı hərbi texnikanın sayı əhəmiyyətli dərəcədə artacaq. Lakin Lukaşenko böyük səhv edir. Rusiya qoşunlarını öz ərazisinə buraxmaqla, o özünü Ukraynadan da böyük fəlakətə sürükləyir", - Ukrayna Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuru The Times-a bildirib.

Son aylarda ABŞ Ukraynaya ortamənzilli müdafiə məqsədləri üçün qabaqcıl yer-hava raket sistemləri göndərib. Financial Times xəbər verir ki, ABŞ Javelin tank əleyhinə raketlər və zenit-raket raketləri ehtiyatının üçdə birini Ukrayna üçün xərcləyib.




Ana səhifəyə qayıt        Baxış: 2 880          Tarix: 25-12-2022, 11:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma