Xəbər lenti

Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

O, eyni zamanda müvəqqəti olaraq icra başçısının səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Naim Etibar oğlu Cahidzadə 1989-cu il avqustun 18-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalşıb.

Xatırladaq ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib./Sfera.az




Ana səhifəyə qayıt        Baxış: 3 350          Tarix: 14-09-2023, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma