Xəbər lenti

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir”.

Oxu.Az-ın məlumatına görə, bunu nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin minaatan mərmisi ilə dolu altı “Ural” və dörd ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.

A.Eyvazov qeyd edib ki, Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilir.

İlhamə Əbülfət




Ana səhifəyə qayıt        Baxış: 3 373          Tarix: 20-09-2023, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma