Xəbər lenti

Hindistan və Fransa vertolyotlar, sualtı qayıqlar da daxil olmaqla hərbi texnikanın birgə istehsalı barədə razılığa gəliblər.

Məlumata görə, razılaşmalar Fransa prezidenti Emmanuel Makronun Hindistana səfəri zamanı əldə olunub. Makron və Modi hərbi istehsal, nüvə enerjisi, kosmik tədqiqatlar, səhiyyə, kənd təsərrüfatı və iqlim dəyişikliyində süni intellektin istifadəsi sahələrində əlaqələri genişləndirmək barədə razılığa gəliblər.

Mənbə: interfax




Ana səhifəyə qayıt        Baxış: 2 625          Tarix: 27-01-2024, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma