Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətindəki “Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar xalqa müraciət edib.

O, konsert kompleksində onlarla dinc, günahsız insan, o cümlədən uşaqlar, yeniyetmələr və qadınların həlak olduğunu bildirib və bu hadisəni qanlı, barbar terror aktı adlandırıb.

“O ki, qaldı istintaqa, hadisəni törədən dörd nəfərin hamısı tapılaraq saxlanılıb. Onlar Ukraynaya tərəf qaçmağa cəhd ediblər. Burada ilkin məlumatlara görə, sərhədi keçmələri üçün “pəncərə” yaradılıb. Ümumilikdə 11 nəfər saxlanılıb”, - deyə Putin qeyd edib.

Rusiya prezidenti hər kəsə lazımi yardımı göstəriləcəyini vurğulayıb və yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı verib.

“Biz dinc əhalini qırmaq planı ilə üzləşdik. Bu nümayişkaranə edamdır. Bütün icraçılar, təşkilatçılar və sifarişçilər cəzalandırılacaqlar. Hər kəsi müəyyən edib cəzalandıracağıq”, - deyə o, bildirib.

Putin vurğulayıb ki, Moskvada və digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edilib.

Rusiya dövlət başçısı həmçinin martın 24-nü milli matəm günü elan edib.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 2 637          Tarix: 23-03-2024, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma