Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində əməliyyatını Ukrayna Silahlı Qüvvələrinin atəşə tutmasına cavab olaraq sanitar zonanın yaradılması ilə əlaqələndirib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin deyib ki, Rusiya Silahlı Qüvvələrinin Xarkov istiqamətində əməliyyatı Ukrayna hakimiyyətinin günahıdır, Rusiya Federasiyasının regionlarının atəşə tutulmasına cavabdır.

Putinin sözlərinə görə, hazırda Xarkovu almaq planı yoxdur. Prezident əlavə edib ki, Rusiya Silahlı Qüvvələri hər gün irəliləyir.




Ana səhifəyə qayıt        Baxış: 3 065          Tarix: 17-05-2024, 14:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma