Xəbər lenti

"Cənubi Qafqazdakı gərginlik rəqabətin yeni mərhələsinə yol açıb.

Zəngəzurla bağlı qarşıdurma ucbatından Azərbaycan və Ermənistanın hələ də üz-üzə qaldığı bir vaxtda rəqabətin təsiri ilə bölgənin mövqeyi də dəyişib, eləcə də Tehran Bakının, habelə Moskva və Ankaranın ciddi rəqibinə çevrilib".

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə "Eghtesad News" saytı yazıb.

Sayt bildirib ki, 44 günlük müharibə Qarabağda erməni işğalına son qoyub. Bu, regional siyasətdə yeni səhifə açıb, eyni zamanda sülh, sabitlik və regional inteqrasiyanı təmin etmək üçün tarixi imkanlar yaradıb.

"Üç Cənubi Qafqaz ölkəsinin iştirakı ilə üçtərəfli əməkdaşlıq platformasının yaradılmasına ən əsas maneə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmamasıdır. İki ölkə indiyə qədər münasibətlərini normallaşdırmaq üçün həyati əhəmiyyət kəsb edən müqaviləni müzakirə edə bilməyib. Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi Azərbaycan tərəfindən gizli təhlükə kimi qiymətləndirilir. Nəticədə Bakı sülh müqaviləsinin imzalanmasını bu iddiaların aradan qaldırılması ilə şərtləndirir", - deyə yazıda bildirilib.

Həmçinin qeyd edilib ki, bu gün Cənubi Qafqaz ənənəvi mənada vahid bir bölgəyə bənzəmir. Daha doğrusu, qəfil püskürə biləcək sönmüş vulkan kimi görünür. Fransa, Hindistan və İrandan Ermənistana hərbi yüklərin göndərilməsi bu gərginliyə səbəb olub.




Ana səhifəyə qayıt        Baxış: 4 282          Tarix: 27-09-2024, 13:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma