Xəbər lenti

2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaqlar. Onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcəklər.

Oxu.Az xəbər verir ki, belə bir razılıq bu gün Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə bildirib.

Eyni zamanda, tərəflər razılaşıblar ki, gələn il yanvarın 1-dən Ermənistan sərhədçiləri də Rusiya sərhədçiləri ilə yanaşı, Türkiyə, eləcə də İranla sərhədi qoruyacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 842          Tarix: 8-10-2024, 19:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma