Xəbər lenti

Bu ilin noyabrında dünya ictimaiyyəti Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) toplaşacaq. Bu genişmiqyaslı forumun əsas vəzifəsi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməli olan yeni beynəlxalq iqlim maliyyəsi məqsədinin razılaşdırılması olacaq.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Brukinq İnstitutunun Qlobal İqtisadiyyat və İnkişaf Proqramının onlayn tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, COP29 qlobal iqtisadiyyatın və milyardlarla insanın həyatının iqlim dəyişikliyinin fəlakətli təsirlərindən xilas edilməsində iqlim maliyyəsinin oynadığı aparıcı rolu qəbul edən tədbirlər konfransı olmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 002          Tarix: 17-10-2024, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma