Xəbər lenti

ABŞ-nin yen seçilmiş Prezidenti Donald Tramp Nyu-Cersi və Nyu-York ştatları üzərində müşahidə edilən naməlum pilotsuz uçuş aparatlarının, ölkə hakimiyyəti onlar haqqında daha ətraflı məlumat açıqlamadığı təqdirdə, vurulmasını təklif edib.

Oxu.Az bildirir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Ölkə boyu sirli dronlar müşahidə edilib. Bu həqiqətən hökumətimizin xəbəri olmadan baş verə bilərmi? Mən belə düşünmürəm! İctimaiyyətə indi açıqlayın! Əks halda - onları vurun!" - deyə o qeyd edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün brifinqdə bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqat Bürosu Nyu-Cersi üzərindəki pilotsuz təyyarələr məsələsi ilə məşğul olur. O qeyd edib ki, ABŞ hakimiyyəti bu problemə ciddi yanaşır.

Daha əvvəl standart həvəskar aparatlardan daha böyük olan sirli dronlar xüsusi əhəmiyyətli obyektlərin, o cümlədən Morris dairəsindəki "Picatinny Arsenal" hərbi obyektinin (silahlanma sahəsində tədqiqat və inkişafla məşğul olur) və ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın Bedminsterdəki qolf klubunun yaxınlığında müşahidə edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 055          Tarix: 14-12-2024, 12:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma