Xəbər lenti

Türkiyəli geoloq, professor Naci Görür Mərmərə dənizində, Ereğlisi sahillərində baş verən ardıcıl zəlzələlərdən sonra mühüm açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o, bölgədəki zəlzələ fəaliyyətini qiymətləndirərək, yeni bir risk zonası haqqında məlumat paylaşıb.

Naci Görür diqqəti Kumburqaza yönəldib və burada güclü zəlzələ gözlənildiyi barədə xəbərdarlıq edib.

Ekspertin sözlərinə görə, Tekirdağ fayının qərb hissəsi artıq qırılıb və bölgədəki kiçik zəlzələlər daha çox qaz buraxılması və çöküntülərdəki deformasiyalarla əlaqələndirilir. O, həmçinin bu cür kiçik zəlzələlərin normal olduğunu qeyd edib və sözlərini belə əsaslandırıb: "Çünki fay xətti stress yığaraq zaman-zaman kiçik titrəmələrə səbəb ola bilir”.

Professor N. Görürün açıqlamaları bölgədə yaşayan insanlar üçün təhlükəni daha aydın görmək və zəlzələyə hazırlıq səviyyəsini artırmaq baxımından böyük əhəmiyyət kəsb edir.




Ana səhifəyə qayıt        Baxış: 3 710          Tarix: Bu gün, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma