Xəbər lenti

Slovakiya Baş naziri Robert Fitso Ukraynaya elektrik enerjisi tədarükünü dayandırmaq barədə xəbərdarlığına əməl edərsə, Polşa Ukraynaya elektrik enerjisi ixracını artırmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə yüksək rütbəli məmur “Blumberq”ə bildirib.

Rəsmi şəxsin sözlərinə görə, Polşa hökuməti Slovakiyanın qərarı ilə bağlı Ukraynanın elektrik sisteminə təsir edəcək istənilən disbalansları kompensasiya etmək üçün yerli elektrik enerjisi istehsalını artırmağa qadirdir.

Bildirilir ki, Varşavanın təminatları Ukrayna ərazisindən qaz tranzitinin gələcəyi ilə bağlı mübahisələrin kəskinləşməsi fonunda verilib.

Qeyd edək ki, Slovakiya Baş naziri Robert Fitso növbəti ildən Ukraynaya enerji tədarükünü dayandıracağını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 631          Tarix: 30-12-2024, 09:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma