Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp mayın 15-də Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların keçirilə biləcəyi İstanbula getmək imkanı barədə düşündüyünü bildirib.

Bu barədə Oxu.Az "Reuters" agentliyinə istinadla xəbər verir.

O, Ağ Evdə jurnalistlərə söyləyib ki, həmin gün Rusiya və Ukrayna prezidentlərinin İstanbula gələcəklərinə ümid edir:

"Ora getməyi düşünmüşəm. Cümə axşamı harada olacağımı bilmirəm. Mənim o qədər işim var, lakin ora uçmaq barədə fikirləşmişəm. Fikrimcə, belə bir imkan var".

İstanbul görüşünün çox önəmli olduğunu vurğulayan D.Tramp bildirib:

"Bu görüşü təşkil etmələrini çox təkid etdim. Ondan yaxşı bir şey alına bilər".

Qeyd edək ki, danışıqların bərpası və 15 mayda Moskva ilə Kiyev arasında görüşün keçirilməsi təklifini Rusiya Prezidenti Vladimir Putin mayın 11-də yerli və xarici jurnalistlərlə görüşü zamanı səsləndirib.




Ana səhifəyə qayıt        Baxış: 3 378          Tarix: 12-05-2025, 21:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma