Xəbər lenti

Ermənistanın müdafiə naziri Suren Papikyan mayın 13-də Berlində Böyük Britaniyanın silahlı qüvvələr naziri Lyuk Pollard ilə görüşüb.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Ermənistan və Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətləri və onların inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər hər iki ölkədə hərbi attaşelər təyin etməklə əməkdaşlığa yeni təkan verməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, Ermənistanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində hərbi attaşe vəzifəsinin təsis edilməsi haqqında fərmanı Ermənistan baş naziri Nikol Paşinyan 2024-cü il aprelin 17-də imzalayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 267          Tarix: 13-05-2025, 19:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma