Xəbər lenti

"İstanbul danışıqlarına əsasən, Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi baş tutmalıdır".

Oxu.Az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər arasında 1 000 əsir 1 000 əsirə dəyişdirilməlidir:

"Bununla yanaşı, Putin və Zelenski arasında danışıqların birbaşa davam etdirilməsi nəzərdə tutulur".

Sibiqa həmçinin, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycana təşəkkür edib: "Bu, Kiyev üçün mühüm əhəmiyyət daşıyır".




Ana səhifəyə qayıt        Baxış: 3 212          Tarix: 25-05-2025, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma