Xəbər lenti

Biri ziyarət təşkil edir, digəri keçiriləcək meyxana konsertinin elanını verir.

Dərzi, quyuqazan, antena düzəldən, makler axtarırsınızsa bu dayanacağa yaxınlaşmağınız kifayətdir. Deyəsən bəziləri reklam lövhəsi ilə dayanacağı səhv salıblar.

Ovqat.com xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə,Bakının Maştağa qəsəbəsində yerləşən dayanacaqlardan birinə sanki elanlardan libas geyindirilib.

Hətta bəziləri daha ucuza qaçmağa çalışıblar -reklam və elanların arasında əl yazısı olanlar da var. Saralmış kağızlar isə elanların illərdir dayanmadan yapışdırıldığını sübut edir. Bu "xəbərdarlığı" yazana isə söz tapmaq olmur.

Elan yapışdıranların bir çoxunun bunun qanun pozuntusu olduğundan xəbəri yoxdur.

"Reklam haqqında" qanuna görə küçə elanları asılmazdan əvvəl İcra hakimiyyətlərindən icazə alınmalıdır. Əks halda İnzibati Xətalar Məcəlləsinə görə fiziki şəxslər 50, vəzifəlilər 150-250, hüquqi şəxslər isə 500 manata yaxın cərimə oluna bilərlər. Yeni yaradılan Dövlət Reklam Agentliyinin isə bu sahədə şəffaflığı artıracağı gözlənilir./Xezerxeber.az/

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






Ana səhifəyə qayıt        Baxış: 814          Tarix: 26-08-2017, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma