Xəbər lenti

 

Bakıda bəzi məktəblərin şagirdləri və onların valideyinlərinin həyatı təhlükə ilə üz- üzədir. Çünki onlar piyada zolağı və keçid olmadığı üçün yolun hərəkət hissəsindən keçirlər.

Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, paytaxtdakı bir neçə orta məktəbin qarşısında piyada zolağı yoxdur. Belə ərazilərdən biri Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi 61 ünvanında yerləşən 34 saylı orta məktəbin qarşısıdır. Məktəbdən çıxan şagirdlər yolu keçməkdə çətinlik çəkirlər. Çünki yolda avtomobillər hərəkət etdiyindən və piyada zolağı olmadığından burda onları hər an avtopmobil vura bilər.
Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən 27 nömrəli tam orta məktəbin qarşısında da eyni vəziyyət yaşanır. Müəllimlər, şagirdlər və valideynlər piyada keçidinin olmamağından şikayətçidir.
Bu yolda keçid olmadığından hətta məktəbdə çalışan bir müəlliməni də yolu keçən zaman maşın vurub.
Yəqin ki, Dövlət Yol Polisi İdarəsi problemin qarşısını tezliklə alar.




Ana səhifəyə qayıt        Baxış: 621          Tarix: 19-09-2017, 22:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma