Xəbər lenti

Qurban Qurbanov Ağdamdan DANIŞDI: "Bütün dünyaya göstərmək istəyirik ki..." - MÜSAHİBƏ

Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sportskeeda" nəşrinə geniş müsahibə verib.

Pubkika.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis Qarabağ problemindən tutmuş komanda ilə bağlı məsələlərədək çoxsaylı sualları cavablandırıb...

- “Qarabağ”ın Avropa futbolunda unikal tarixi var: Məcburi köçkün komandası olmaq sizin üçün nə deməkdir?

- Hər bir azərbaycanlı kimi mənim üçün bu barədə danışmaq çətindir. Bildiyiniz kimi, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Torpaqlarımızın bir hissəsi düşmən tərəfindən işğal olunub. Bu klubda böyük məmnuniyyətlə işləyirəm və öz öhdəliklərimi heç vaxt unutmuram. Hər zaman öz torpaqlarını, evlərini tərk etmək məcburiyyətində qalan insanları düşünürəm.

- Nə vaxtsa Ağdamda olmusunuz? Ruhlar şəhərinə baş çəkmək necə bir hissdir?

- Bəli, orada olmuşam. Lakin hisslərimi bir müsahibədə ifadə edə bilmərəm. Həqiqətən çox gözəl şəhər idi. Oranı öz gözlərinizlə görməyiniz lazımdır. Hazırda ora gedə bilməməyimiz mənim üçün çox ağırdır.

- Nəyə görə daha Quzanlıda oynamırsınız?

- Orada əvvəllər oynamışıq. Məndən asılı olsaydı, Quzanlıda daha çox çıxış etməyimizi istəyərdim. Təəssüf ki, Quzanlıda futbol üçün lazımı şərait yoxdur. Bu səbəbdən, Bakıda oynamağa məcburuq.

- Tərəfdarlarınız beləi şəraitdə necə dözürlər?

- Şərtlər uyğun deyil. Onlar çox əziyyət çəkirlər. “Qarabağ”ı çox sevirlər və bu komanda ilə yaşayırlar.

- Necə düşünürsünüz: bir gün Ağdama qayıdacaqsınız?

- Hər zaman ümidlə yaşamaq lazımdır. Həmişə Allaha dua edirəm ki, bu ərazi yenidən bizim olsun. Buna çox inanıram. Siyasətdən uzaq adamam. Bir şeyi bilirəm: Prezidentimiz işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün böyük səy göstərir. Lakin bizdən asılı olmayan məsələlər var. Azərbaycan vətəndaşı kimi biz də ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edirik. Bütün dünyaya göstərmək istəyirik ki, bu ərazilər bizə məxsusdur. Bu fürsətdən istifadə edə bilməyimizdən şadam. Görürəm ki, sizin də Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı yetərli məlumatınız var. Buna görə sizə “çox sağ ol” deyirəm. Bütün dünyada sülh olmasını istəyirəm.

- Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanmaq sizin üçün nə deməkdir?

- Bu, Avropanın yaxşı klublarının mübarizə apardığı ən nüfuzlu turniridir. Bildiyiniz kimi, biz kiçik futbol ölkəsiyik. Ona görə də yarışda ölkəmizi və işğal olunmuş şəhəri təmsil etmək bizim üçün şərəfdir.

- İlk matçda “Çelsi”yə 0:6 hesabı ilə uduzdunuz. Bu uğursuzluğu nə ilə izah edərdiniz?

- Aydın məsələdir ki, “Qarabağ”la “Çelsi” arasında böyük fərq var. Lakin yekun nəticə fərqli ola bilərdi. Bu, turnirdə ilk oyunumuz idi və təcrübəsizliyimizin bədəlini çox baha ödədik.

- “Roma” ilə oyuna necə hazırlaşırsınız?

- “Roma” böyük tarixə malik klubdur. Onlar “Çelsi” və “Atletiko” ilə eyni səviyyədədirlər. Onların yaxşı məşqçisi, futbolçuları və oyun tərzləri var. Çox güclü rəqibə qarşı oynamağa hazırlaşırıq. “Roma”nın hansısa futbolçusunu fərqləndirməzdim. Çünki hamısı yaxşıdır.

- Bu, “Roma”nın Françesko Tottisiz ilk mövsümüdür. Bununla bağlı nə deyə bilərsiniz?

- Totti ən yaxşılardan biri idi. O, təqaüdə getsə də, “Roma”nı Tottisiz təsəvvür edə bilmirəm. (Report)




Ana səhifəyə qayıt        Baxış: 617          Tarix: 27-09-2017, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma