Xəbər lenti

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Serbiya yığmasının sükanı arxasına keçə bilər. “Report” “Veçernji list”ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bu posta namizədlər arasındadır.

Serbiya millisi 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazansa da, yerli federasiyanın rəhbərliyi ilə baş məşqçi Slavolyub Muslin arasında fikir ayrılığı yaranıb. Bu səbəbdən, 64 yaşlı mütəxəssisin əvəzlənməsi gündəmdədir.

Bildirlir ki, S.Muslin yığmanın mundial ərəfəsində Çin və Cənubi Koreyaya qarşı yoxlama matçlarında komandanın sükanı arxasında olmayacaq.

S.Muslini əvəzləməyə əsas namizəd kimi hazırda Çinin “Quançjou Fuli” komandasına rəhbərlik edən Draqan Stoykoviç göstərilir. Lakin onun hazırkı iş yerində böyük məbləğdə məvacib aldığı və bu səbəbdən, yığmaya gəlməyəcəyi bildirilir. Belə durumda digər real namizəd kimi R.Prosinçeki ön plana çəkilir.

Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə üçillik müqaviləsinin müddəti dekabrda başa çatır. Tərəflər artıq əməkdaşlığı davam etdirməyəcəklərini açıqlayıblar.




Ana səhifəyə qayıt        Baxış: 631          Tarix: 30-10-2017, 13:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma