Xəbər lenti

 

Bu yaxınlarda yaradılan Azərbaycan Futnet Assosiasiyası yeni sponsor axtarışına çıxıb.

Ovqat.com bildirir ki, Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, qurum bunun üçün SOCAR-ın prezidenti Rövnəq Abdullayevə müraciət edib. Federasiyanın maliyyələşməsi, yeni idmançıların cəlb olunması, klubların yaradılması üçün müəyyən büdcəyə ehtiyaclarının olduğu bildirilib. Qarşı tərəf müraciətə baxacağını və dəyərləndirəcəyini deyib.

Ancaq Federasiya tək R.Abdullayevin verəcəyi qərara ümid bağlamayıb. Belə ki, bunun üçün alternativ sponsorlar axtarışına çıxıb. Rövnəq Abdullayevdən mənfi cavab gələcəyi təqdirdə digər variantlara da əl atacaqlar.

Aldığımız digər məlumata görə, quruma hazırda bəzi idmançılar müraicət edib. Onların arasında qadınlar kişilərdən daha çoxdur.

Bu idman növü ilə məşğul olmaq istəyənlərin çoxu qadınlardan ibarət futbol yığmasından gələnlərdir. Onlar indi özlərini başqa bir sahədə – futbolla tennisin qarışığı olan bir idman növündə sınamaq istəyirlər.

Qeyd edək ki, “Marafon” idman klubunun təsisçisi Vüqar Xəlilov Azərbaycan Futnet Assosiasiyasının prezidentidir.

Aygün İlqarqızı




Ana səhifəyə qayıt        Baxış: 942          Tarix: 5-05-2017, 13:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma