Xəbər lenti

 

"Zirə" legionerlərindən biri ilə yollarını ayırıb.

Ovqat.com goal.az-a istinadən xəbər verir ki, David Manqa qəsəbə klubunu tərk edib. Fransalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma yolu ilə xitam verilib.

28 yaşlı David Manqa Fransanın PSG klubunun yetiriməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib.

Manqa "Zirə"yə İsrailin "Hapoel Ashkelon" klubundan keçmişdi. David 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.




Ana səhifəyə qayıt        Baxış: 834          Tarix: 15-12-2017, 18:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma