Xəbər lenti

 

"Zirə" klubu futbolçusu Kervan Belforla yollarını ayırıb.

Ovqat.com goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Azərbaycan Premyer Liqasında IV turun "Qəbələ" ilə oyunu üçün səfərə aparılmayıb. A.Abbasov vidalaşdıqları haitili futbolçunun bir illik müqavilə imzaladığı Hindistanın "Jamshedpour" klubunun düşərgəsinə yaxın günlərdə yollanacağını bildirib.

Qeyd edək ki, Kervan Belfor "Zirə"də iyunun 16-dan çıxış edir. O, həmin vaxt 1+1 illik sözləşməyə imza atıb. Haiti millisinin futbolçusu Azərbaycan klubunun heyətində Avropa Liqası matçlarında da iştirak edib və 1 qol vurub. Belfor Azərbaycan Premyer Liqasının ilk iki turunda meydana çıxsa da, "Sumqayıt"la son görüşdə ehtiyatda qalıb.




Ana səhifəyə qayıt        Baxış: 494          Tarix: 8-09-2017, 18:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma