Xəbər lenti

2018-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı müəyyənləşib. 

Bu barədə “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

O bildirib ki, 2017-ci illə müqayisədə siyahıda bəzi dəyişikliklər baş verib: "Futbol üzrə köməkçi hakimlərdən Vaqif Musayevi Akif Əmirəli əvəzləyib. Qadın köməkçilərdən Lamiyyə Sadıqovanın yerinə isə Gülnurə Əkbərzadə təyinat alacaq. Həmçinin çimərlik futbolu üzrə FIFA referilərinin siyahısında Əfqan Həmzeyevin yerini Əli Cəbrayılov tutacaq".

Komitə sədri futbol üzrə FİFA referİliyinə Əliyar Ağayev, Rəhim Həsənov və Ömər Paşayevdən əlavə bir nəfərin də adını təqdim etdilərini, lakin təsdiqlənmədiyini vurğulayıb.

Referi

Əliyar Ağayev

Rəhim Həsənov

Ömər Paşayev

Referi köməkçisi

Yaşar Abbasov

Namik Hüseynov

Rza Məmmədov

Akif Əmirəli

Zeynal Zeynalov

Mübariz Haşımov

Akif Əmirəli

Futzal üzrə FIFA referisi

Elçin Səmədli

Yusif Nurullayev

Ramil Namazov

Hikmət Qafarlı

Çimərlik futbolu üzrə FIFA referiləri

Əli Cəbrayılov

İnqilab Məmmədov

Sədaqət Vəliyeva

Qadın FIFA referiləri

Qurbanova Səbayel

Qurbanova Yuliya

Qadın FIFA referi köməkçiləri

Gülyana Güvəndiyeva

Xəyalə Əzizzadə

Aybəniz Əsgərzadə

Gülnurə Əkbərzadə




Ana səhifəyə qayıt        Baxış: 695          Tarix: 19-12-2017, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma