Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.
“Report” xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarında yer alan kollektivlər münasibətlərini ayırd edəcək.
Baş tutacaq matçlardan sonra daha 4 komandadan 3-ü 1/8 finala vəsiqəni erkən təmin edə bilər. Bunlar “Mançester Siti”, “Beşiktaş”, “Tottenhem” və “Real Madrid”dir. İngiltərə təmsilçisi səfərdə “Napoli”yə 2 qol vurub, minimal hesabla uduzsa belə, ilkin tapşırığın öhdəsindən gəlmiş olacaq.
“Beşiktaş” evdə “Monako”ya qalib gəlməklə, qrup mərhələsində növbəti 2 matçı özü üçün formallığa çevirə bilər. G qrupunun digər matçında “Leyptsiq” “Portu”nu üstələsə, İstanbul təmsilçisinə heç-heçə də kifayət edir.
H qrupunda ilk vəsiqənin sahibinin İngiltərədə müəyyənləşməsi mümkündür. Bunun üçün “Tottenhem” – “Real Madrid” duelində heç-heçə qeydə alınmamalıdır.
Qeyd edək ki, ilk oyun günündə "Bavariya" və PSJ 1/8 finala vəsiqəni təmin edib.
Çempionlar Liqası, IV tur
E qrupu
23:45. "Sevilya" (İspaniya) - "Spartak" (Rusiya)
23:45. "Liverpul" (İngiltərə) - "Maribor" (Sloveniya)
Xal durumu: "Liverpul", "Spartak" - 5, "Sevilya" - 4, "Maribor" - 1.
F qrupu
23:45. "Napoli" (İtaliya) - "Mançester Siti" (İngiltərə)
23:45. "Şaxtyor" (Ukrayna) - "Feyenoord" (Hollandiya)
Xal durumu: "Mançester Siti" - 9, "Şaxtyor" - 6, "Napoli" - 3, "Feyenoord" - 0.
G qrupu
23:45. "Beşiktaş" (Türkiyə) - "Monako" (Fransa)
23:45. "Portu" (Portuqaliya) - "Leyptsiq" (Almaniya)
Xal durumu: "Beşiktaş" - 9, "Leyptsiq" - 4, "Portu" - 3, "Monako" - 1.
H qrupu
23:45. "Tottenhem" (İngiltərə) - "Real Madrid" (İspaniya)
23:45. "Borussiya" (Dortmund, Almaniya) - APOEL (Kipr)
Xal durumu: "Tottenhem", "Real" - 7, "Borussiya", APOEL - 1.
Paylaş: