Xəbər lenti

 

İtaliyanın "Milan" klubunun sahibi ilin sonunadək dəyişə bilər. 

"Report"un "La Repubblica"ya istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar"ı LVMH şirkətinin sahibi Bernar Arno almaq istəyir. "Rossonyerlər"in satılması üzrə müqavilənin dekabrın axırlarına qədər bağlanacağı istisna deyil. 

Arno son zamanlar klubun dəyərinin 1,2 milyard avrodan 960 milyon avroya enməsindən yararlanmaq niyyətindədir. Satış baş tutsa, "Milan"ın baş məşqçi postuna yenidən Massimiliano Alleqri gətiriləcək. 

Qeyd edək ki, klubun hazırkı sahibi ABŞ-ın "Elliott Management Corporation" fondudur. "Milan" çinli biznesmen Li Yonhonun 2018-ci ildə gedişindən sonra bu şirkətin mülkiyyətinə keçib. 




Ana səhifəyə qayıt        Baxış: 414          Tarix: 28-09-2019, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma