Xəbər lenti

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında üçüncü "tay-breyk" görüşünü keçirib.

“Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla üz-üzə gəlib. Üçüncü duel 41-ci gedişdə heç-heçə bitib. Bir azdan dördüncü qarşılaşma başlayacaq.


*** 16:18

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında ikinci "tay-breyk" görüşünü keçirib.

“Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə qara fiqurlarla üz-üzə gəlib. 40-cı gedişdə tərəflər heç-heçəyə razılaşıblar. İlk "tay-breyk" görüşündə də eyni hesab qeydə alınmışdı.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) "tay-breyk" oynanılır. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.


*** 15:15

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında ilk "tay-breyk" görüşünü keçirib.

“Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib. İlk duel 64-cü gedişdə heç-heçə ilə bitib. Bir azdan ikinci qarşılaşma başlayacaq.

Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) "tay-breyk" oynanılır. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.




Ana səhifəyə qayıt        Baxış: 503          Tarix: 4-10-2019, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma