Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Dünən MM-in vitse-spikeri Adil Əliyevin və “Qarabağ” futbol klubunun təşəbbüsü ilə Azərbaycan-Türkiyə Futbol Klubunun (ATFK) idman kompleksində Qarabağ əlil döyüşçülərinin futbol komandasının üzvləri ilə maraqlı görüş keçirildi. Görüşdə vitse-spikerlə yanaşı, bir sıra rəsmi şəxslər və Milli Amputant Futbol Federasiyasının prezidenti Rövşən Quliyev də iştirak edirdilər.
Ovqat.com-un məlumatına görə, vitse-spiker Adil Əliyev qazi futbolçularla söhbətində Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin əhəmiyyətindən danışaraq, dünyada 200-dən artıq dövlətin olduğunu, lakin hər dövlətin rəsmi təqvimində Zəfər Gününün olmadığını xatırlatdı. Azərbaycana bu böyük qələbə sevincini, milli qüruru bəxş edən övladlarımızın bir qisminin bu görüşə qatıldığını deyən Adil Əliyev əlil döyüşçülərə təkcə dövlət orqanlarının yox, hər birimizin dəstək verməsinin vacibliyindən danışdı.
Görüşdə çıxış edən Milli Amputant Futbol Federasiyasının prezidenti Rövşən Quliyev bildirdi ki, son illər Azərbaycanda bu futbol növü mühüm uğurlara imza atıb. “2018-ci ildə qeydiyyata alınan və ilk fəaliyyətinə Abşeron rayonunundan başlayan Milli Amputant Futbol Federasiyasının nəzdində ümumilikdə 6 komanda fəaliyyət göstərir – Bakı, Abşeron, Gəncə, Kəpəz, Tovuz, Qazax. Sözsüz ki, bu komandaların formalaşmasında, Qarabağ əlillərimizin daha sağlam həyatlarını sürdürməsində dövlət qayğısının və xeyirxah vətəndaşlarımızın təşəbbüsü də mühüm rol oynayır”, - Rövşən Quliyev bildirdi.
Yeni yaranmasına baxmayaraq, Milli Amputant Futbol Federasiyası beynəlxalq uğurlara da imza atıb. Bu il fevral ayında Türkiyənin Qaziantəp şəhərində keçirilən Avropa liqası yarışında 4-cü yerə çıxan əlil futbolçularımız dünya çempionatına qatılmaq hüququ qazanıb. Rövşən müəllimin dediyinə görə, gələn il bu beynəlxalq yarışda iştirak edəcəklər.
Azərbaycanın ən bacarıqlı amputant futbolçuları Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasında toplaşıblar. Onlar amputant futbol növündə Azərbaycanın yığması kimi də tanınırlar. Xarici ölkələrdə dəfələrlə zəfər qazanan əlil futbolçularımız öz məharətlərini dünənki görüşdən sonra ölkəmizin veteran futbolçuları ilə oynadıqları yoldaşlıq matçında da göstərdilər. Amputantlarımız veteran futbolçularımızın qapısını xəlbir kimi deşik-deşik etməyi bacardılar: 7-4.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar