Xəbər lenti


Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pele yenidən xəstəxanaya yerləşdirilib.

"Report" ESPN-ə istinadən xəbər verir ki, əfsanəvi forvardda çoxsaylı ödem aşkarlanıb. Ona həmçinin, ürək çatışmazlığı diaqnozu qoyulub.

Bildirilib ki, Pelenin son aylar ərzində keçirdiyi kimyəvi terapiya onun bədənindəki şişlərə heç bir təsir göstərməyib.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.




Ana səhifəyə qayıt        Baxış: 4 549          Tarix: 30-11-2022, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma