Xəbər lenti

 

Azərbaycanda ilk dəfə olaraq Türkiyə Superliqasının oyunları canlı yayımlanacaq. Ovqat.com goal.az-a istinadən xəbər verir ki, bu ilkə CBC Sport kanalı imza atıb.

"Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budur çoxsaylı danışıqlardan sonra "Saran Holding", "Digi Türk" və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. "Galatasaray", "Fenerbahçe", "Beşiktaş", "Trabzonspor" kimi köklü klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq.

İşgüzar əlaqələrimdən yararlanıb, derbi qarşılaşmalara və mərkəzi matçlara şərhçilərmizi göndərməyə çalışacağıq. Azərbaycan çempionatında olduğu kimi, meydanın kənarında "CBC Sport"un studiyasının quraşdırılmasına cəhd göstərəcəyik.

Beləliklə, Türkiyə futbolu ilə maraqlananlar, istəkli azarkeşlər superliqa oyunlarına artıq kafelərdə, xüsusi yüksək ödənişli peyk kanalları vasitəsilə deyil, Azərbaycanda sərbəst yayımda olan və bütün ölkəni əhatə edən "CBC Sport"la baxacaqlar" - kanalın icraçı direktoru Volkan Üst deyib.



Ana səhifəyə qayıt        Baxış: 550          Tarix: 7-09-2017, 18:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma