Xəbər lenti

 

2018-ci il aprel ayının 1-nə bank sektorunun zərəri 55,9 mln. manat təşkil edib.

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu il bankların faiz gəlirləri 428 mln. manat, faiz xərcləri isə 151,9 mln. manat olub.

Qeyd edək ki, banklar bu ilin yanvar-mart aylarında kreditlər üzrə faizlərdən 287 mln. manat əldə edib.

Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 197,5 mln. manat vəsait xərclənib.




Ana səhifəyə qayıt        Baxış: 856          Tarix: 4-05-2018, 23:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma