“Bu ilin əvvəlindən Azərbaycan 1,6 mlrd. ABŞ dolları dəyərində qeyri-neft sektoru məhsulu ixrac edib. Bunun isə təxminən 1 mlrd. dollarlıq hissəsi kənd təsərrüfatı məhsuludur. Bunu nəzərə alaraq aqrar sığortanın inkişaf etdirilməsi üçün iş aparılır”.
Strateq.az-ın “Report”-a istinadən verdiyi xəbərə görə, bunu Bakıda keçirilən beynəlxalq sığorta konfrasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib. “Kənd təəsrrüfatının inkişafı üzrə Strateji Yol Xəritəsi”ndə də sığortanın inkişafı nəzərdə tutulub”, – deyə o, əlavə edib.
Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, avtomobil sığortasının da inkişaf etdirilməsi priorotetlərdən biridir: “Hazırda Azərbaycan əhalisinin əksər hissəsi avtomobil idarə edir. Bu rəqəm təxminən 1 mln.dur. Hesab edirik ki, bu sığorta növü üzrə bazara daha sərfəli məhsullar çıxarılmalıdır”.
İ.Alışov həmçinin deyib ki, sığorta sektorunda dalğalanmanın qarşəsını almaq üçün müvəqqəti olaraq inzibatçılıq sərtləşdiriləcək: “Çalışırıq ki, sığorta sektorunda hesabatlılıq beynəlxalq IFA sisteminə uyğunlaşdırılsın”.
Paylaş: