Xəbər lenti

“Pambıq sahələrində baş verən zəhərlənmələr Azərbaycana gətirilən dərmanların keyfiyyəti ilə əlaqədar ola bilər”.

Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov “Azadlıq Radiosuna” açıqlamasında deyib: “Müvafiq dövlət qurumları həmin dərmanları yoxlamadan keçirib sonradan sahələrə buraxılmalarına icazə verməlidirlər. Əks təqdirdə, oxşar hallarla yenə rastlaşacağıq”.

Hökumətin reaksiyasına gəlincə, Vahid Əhmədov xatırladıb ki, kənd təsərrüfat naziri İnam Kərimov hadisənin birinci günündən mövqeyini ifadə edib. Hüquq-mühafizə orqanları cinayət içşi açıb və həbslər barədə açıqlama yayıblar. Vahid Əhmədov bildirib ki, Azərbaycanda tarix boyu pambıq əkilib. “Düzdür, ağır sahə olduğundan insanlarda müəyyən problemlər yaradır. Amma müstəqillik illərində, xüsusən son illər bu sahəyə diqqət artıb. Sadəcə, nəzarət mexanizmi olmalıdır. Əgər nəzarət mexanizmi olsa, ciddi problemlər yaşanmaz”.

Pambığın xeyri və ziyanı haqda suala gəlincə, deputat deyib ki, pambıqçılığın inkişafı ilk növbədə yeni iş yerləridir: “ İkinci, də ixrac məhsuludur, xaricə satmaq olur”. Vahid Əhmədov hesab edir ki, pambıq texnika ilə yığılmalıdır: “Əllə pambığı yığmağı bitirmək vaxtıdır. XXI əsrdə əllə pambıq yığmağın tərəfdarı deyiləm”.

 




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 25-06-2018, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma