Xəbər lenti

Əli Əliyev: “Pambıq, barama hesabına yaşayan dövlətdə bu qədər nazirliyə ehtiyac yoxdur”
Millət vəkili Vahid  Əhmədov mətbuata açıqlamasında Azərbaycandakı mövcud nazirlik, komitə və digər qurumlarıın sayının azaldılmasının vacibliyini bildirib, dərin struktur islahatlar aparmağın zəruriliyini vurğulayıb. 
Məsələ ilə bağlı Moderator.az -a açıqlama verən VİP sədri Əli Əliyev millət vəkilinin təklifinə dəstəyini ifadə edib:
“Bu, çoxdan lazım olan islahatdır. Hazırda şişirdilmiş hökumət yalnız büdcə təşkilatlarına izafi pulların ötürülməsi üçün lazım olan strukturdur. Vahid Əhmədov tamamilə haqlıdır. Azərbaycan çoxdan daha model, çevik hökumət strukturuna keçməli idi. Belə şişirdilmiş strukturlar neft dönəmində müəyyən məqsədlərlə yaradılmışdı. Ölkədə neft tükənir. Qaz pulunun isə gəlməsinə çox var. Pambıqla, barama ilə, pomidar satışı ilə yaşayan dövlətdə belə şişirdilmiş hökumətə ehtiyac yoxdur”.

 




Ana səhifəyə qayıt        Baxış: 889          Tarix: 19-05-2017, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma