Xəbər lenti

Kənd Təsərrüfatı Nazirliyi barama istehsalı və taxıl biçini ilə bağlı rəqəmlər açıqlayıb. Strateq.az-ın verdiyi xəbərə görə, qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynli bildirib ki, 26 iyuna olan məlumata əsasən respublikanın 38 rayonundan “Azəripək” MMC tərəfindən 509 ton yaş barama qəbul edilib.

“Həmçinin respublikada 442.7 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 183.7 min hektarı buğda, 259 min hektarı arpa sahələridir. Orta statistik göstəricilərə əsasən bu il buğdanın məhsuldarlığı 31.2 s/ha, arpanın məhsuldarlığı isə 27.7 s/ha təşkil edib. Hazırda rayonlarda barama qəbulu və biçin davam etdiyi üçün mövsümün sonuna qədər bu rəqəmlər dəyişəcək”-deyə A.Hüseynli qeyd edib.

 




Ana səhifəyə qayıt        Baxış: 751          Tarix: 27-06-2018, 16:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma