Xəbər lenti

“Azərbaycan əhalisinin banklarla bağlı borc yükünün müəyyən çərçivəyə salınması ilə bağlı addımlar atılır. Artıq bu addımlar nəticəsini verib”.

Strateq. az “Report”a istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku-2018” tədbirində deyib.

Bundan başqa, sözlərinə görə, bank sektorunda aparılan islahatlar nəticəsində ötən ilin II yarısından etibarən bank sektorundan müsbət siqnallar almaq mümkün olub: “Ötən ilin sonu ilə müqayisədə Azərbaycan banklarında əhalinin əmanətləri 16% artıb. Bunun böyük hissəsi manatla yerləşdirilib. Dedollarlaşma göstəricisi ilin əvvəlindən 77%-dən 62,8%-ə düşüb.

Bu il banklar 3,7 mlrd. kredit verib ki, bunun 2 mlrd. manatı biznes kreditləridir. Kreditləşmənin 70%-i manatla həyata keçirilib.

Bankların səhmdarları 1,5 mlrd. manatlıq kapital ineksiyası həyata keçirb ki, bunun da 500 mln. manatı son 1 ilin payına düşüb. Bu ilin əvvəlindən isə 348 mln. manatlıq kapital ineksiyası həyata keçirilib. Hazırda maliyyə sektorunun aktivlərinin 97%-i banklara, 2,4%-i sığorta şirkətlərinə, 0,6%-i isə qiymətli kağızlar bazarının iştirakçılara məxsusdur. 30 bankdan 15-i xarici kapitallıdır”.

 




Ana səhifəyə qayıt        Baxış: 557          Tarix: 20-09-2018, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma