“Vətəndaşın ödəniş qabiliyyəti yoxdursa, onun banka borcu silinməlidir. Azərbaycanda məhkəmələr və icra məmurları buna riayət etmirlər.
Bunu Moderator.az-a açıqlamasında bank eksperti Əkrəm Həsənov Gürcüstanda 600 mindən çox kredit borcu olan aztəminatlı ailələrin borcunun silinməsinə münasibət bildirərkək deyib.
Ekspert bildirib ki, bu kimi addımların bizdə də atılması vacibdir: “Əlbəttə ki, bizdə bir milyondan çox insanın problemli krediti var. Gürcüstanda əhalinin kreditinin bağlanması xəbəri ilə tanışam. Burda iki variant var: Birinci variant odur ki, dövlət krediti silərək bankalara məbləği özü ödəyir, çünki banklar da özəl müəssisədir. İkinci variant isə odur ki, dövlət məhz ödəniş qabliyyəti olmayan vətəndaşların kreditini sildirəcək. Vətəndaşın ödəniş qabliyyəti yoxdursa, bu o deməkdir ki, vətəndaş müflisdir və borc silinməlidir. Bu bütün sivil dünyada belədir”.
Paylaş: