Bu ilin birinci yarısında ABŞ-ın “Goldman Sachs” bankının səhmdarların payına düşən xalisi mənfəəti illik müqayisədə 14% azalaraq 4,38 mlrd. ABŞ dolları təşkil edib.
“APA-Economics”in bankın hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə səhm üzrə bölüşdürülmüş mənfəət ötənilki 12,93 dollardan 11,52 dollaradək azalıb. Bankın gəlirləri isə 7% azalaraq 18,268 mlrd. dollar təşkil edib.
Cari ilin ikinci rübündə “Goldman Sachs”ın səhmdarların payına düşən xalis mənfəəti illik müqayisədə 6% azalaraq 2,198 mlrd. dollara bərabər olub. Səhm üzrə bölüşdürülmüş mənfəət isə ötənilki 5,98 dollardan 5,81 dollaradək azalıb, halbuki analitiklər bu göstəricinin 4,93 dollar təşkil edəcəyini gözləyirdi. Bu ilin ikinci rübündə bankın gəliri 2% azalaraq 9,461 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, “Goldman Sachs” bankı 1869-cu ildə Nyu-Yorkda təsis edilib. Bankın əsas fəaliyyət istiqamətləri bank işi, birja əməliyyatları, həmçinin aktivlərin və qiymətli kağızların idarə edilməsini əhatə edir.
Paylaş: