Xəbər lenti

 

Qroznı-Bakı magistral neft kəmərinin Dağıstan ərazisindəki hissəsində aparılacaq yenidənqurma işləri 2020-ci ilin ikinci yarısında başa çatacaq.

Bu barədə “Report”a Rusiyanın “Chernomortransneft” şirkətindən bildirilib. Qeyd edilib ki, neft kəmərinin yenidən qurulması üçün müvafiq dövlət ekoloji ekspertizası müsbət rəyi verib, tikinti-quraşdırma işlərinə bu ilin noyabr ayından başlanması nəzərdə tutulur.

Həmçinin layihə çərçivəsində görüləcək işlərin neft kəmərinin normal fəaliyyətinə təsir göstərməyəcəyi qeyd olunub. Məlumata görə, yenidənqurma işləri çərçivəsində kəmərin nəqletmə gücü artırılmayacaq.

Qeyd edək ki, Qroznı-Bakı magistral neft kəməri ilə bağlı sözügedən layihə çərçivəsində Dağıstandakı “Andreyaul” respublika əhəmiyyətli ərazilərdə ekoloji riskləri minimuma endirmək məqsədi ilə yasaq olan yerlərə düşən kəmərin 1684,5 metr hissəsi əvəzlənərək uzunluğu 1787,5 metr olan yeni kəmər döşənməlidir.

Rusiyanın “Transneft” dövlət şirkətinin törəmə müəssisəsi olan “Chernomortransneft” şirkəti Şimali Qafqaz regionuna aid üç inzibati bölgə və üç respublika ərazisində fəaliyyət göstərir.




Ana səhifəyə qayıt        Baxış: 283          Tarix: 30-08-2019, 00:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma