Vüqar Bayramov: “Ələtlə yanaşı digər bögələrdə də azad iqtisadi zonaların təşkili faydalı olar”
Prezidenti İlham Əliyev azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsinə dair sərəncam imzalayıb. Maraqlıdır, ölkədə azad iqtisadi zonaların yaradılması Azərbaycanın iqtisadi durumunu daha da yaxşılaşdıra, ona yeni imkanlar qazandıra bilərmi?
Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov azad iqtisadi zonaların yaradılmasının faydalı olduğunu vurğuladı:
“Söhbət indiki halda Ələt iqtisadi zonasının yaradılmasından gedir. Əslində bu cür müzakirəlr xarici iş adamları ilə aparılırdı. Azərbaycan hökumti çalışır ki, yalnız Ələtdə deyil, digər bölgələrdə yaradılacaq iqtisadi zonalarda da xarici iş adamları iştirak etsin. Azad iqtisadi zonalar xaici investisiyanın cəlbi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azad iqtisadi zonanın yaradılması və bunun reallaşması doğru addımdır. Biz dünya bazarında neftin qiymətinin yüksək olduğu dövrlərdə belə azad iqtisadi zonanın yaradılması ilə bağlı təkliflər ünvanlamışdıq.
Azad iqtisadi zonalarda xarici investorlara xüsusi güzəştlərin verilməsi ilə yanaşı, həm də xarici investisiyanın qorunmasını, onlarla bağlı mübahisələrin həlli müxanizminin ayrca bir qanun halında olmasını nəzərdə tutur. Əsasən pay bölgüsü kimi razılaşmaların statusuna uyğun qanunvericiliyin hazırlanması plnlaşdırılır. Burada da məqsəd ondan ibarətdir ki, investorlara xarici investisiyanın qorunması ilə bağlı dövlət zəmanət versin. Çünki xarici investor həm güzəşt, həm də zəmanət istəyir. Yeni qanun güzəştlərlə yanaşı, bu zəmanəti xarici investorlara verməyi nəzərdə tutur. Bu isə xarici investisiyanın cəlb edilməsinə müsbət təsir göstərəcək.
Azad iqtisadi zonaların yaradılması mexanizmi davam etməlidir. Ələtlə yanaşı digər bögələrdə də azad iqtisadi zonaların təşkili faydalı olar”.
Paylaş: