Xəbər lenti


“Dünya iqtisadiyyatı üçün pis günlər geridə qalır, daha pis günlər başlayır”.
Moderator.az xəbər verir ki, bu iddia ilə Rusiya və dünya iqttasdçıları çıxış edib. Koronavirusun qlobal iqtisadiyyata böyük zərbə vurduğunu bildirən ekspertlər, yaxın gələcəkdə vəziyyətin “rekord həddə” pisləşəcəyini bildirib. Ekspertlərin qənaətincə, yay ayları dünya iqtisadiyyatı üçün ən ağrılı dövr olacaq.
Mütəxəssislərin bildirdiyinə görə, dünya iqtisadiyyatını 90-cı illərin ağır durumundan da ümidsiz vəziyyətə salacaq böhrana səbəb, sadəcə, koronavirus epidemiyası deyil. Buna səbəb həm də neft qiymətlərinin “şok doğuracaq səviyyədə” aşağı düşməsi, iqtisadi və maliyyə hərəkətliliyi üçün zəruri olan sərhədlərin bağlı qalması, işsizlərin sayının kəskin şəkildə artması və onların taleyi ilə bağlı qeyri-müəyyənlikdir. Məhsullaırn qimətinin qalxması, infilyasiyanın yüksəlməsi də yaxın gələcəyin arzuedilməz olaylarından biri kimi proqnozlaşdırılır.
Ekpsrtlərin fikrincə, yaxın 6 ay ərzində iqtsiadi böhrandan çıxmaq üçün göstərilən səylər səmərə verməyəcək.
Seymur ƏLİYEV


Ana səhifəyə qayıt        Baxış: 1 841          Tarix: 5-05-2020, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma